Deputat Məşhur Məmmədovun “Embawood” şirkətini 1500 manat cərimə gözləyir

 09-08-2023

“Embawood” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC)  cərimə protokolu yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır.

Qeyd: Şirkətin Milli Məclisin deputatı Məşhur Məmmədova məxsus olduğu bildirilir.

Bənzər yazılar

0.27141213417053