Plastik cərrah Səkinə Xudiyeva: Kəsiksiz, ağrısız plastik əməliyyatlar artıq mümkündür - FOTO/VİDEO

 16-06-2022

Son dövrlər bütün dünyada olduğu kimi Azərbaycanda da plastik cərrahiyəyə olan tələbat artıb. İnsanlar xüsusən də qadınlar gəncləşmənin perspektivlərini məhz plastik cərrahiyədə görürlər. Tibb sahəsinin son texnologiyaları sayəsində artıq ağrısız, kəsiksiz əməliyyatların aktuallığı artmaqdadır.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə saytımıza tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent,  plastik cərrah Səkinə Xudiyeva açıqlamasında bunları bildirib: 

"Hal-hazırda klinikamızda  heç bir kəsik olmadan ağrısız, fəsadsız, az travmatik plastik əməliyyatlar da etmək olur. Bu prosedurlar “Body Tite”  aparatı ilə artıq  mümkündür. BodyTITE  - MORPHEUS bədəninizdəki problemli sahələri sıxmağa, tonlamağa və nəm qalmasına köməklik edən radiotezlik enerjisi kimi tanınan cərrahi prosedurdur.

Body Tite” toxuma sıxılması ilə bərabər radiotezlikli liposaksiyanı da həyata keçirən innovasiyalı texnologiyadır.  İki elektrodlu xüsusi başlıq sayəsində kompleks təsiri təmin edir. Proses zamanı bir tərəfdən piy toxumaları dağılır, digər tərəfdən isə dərinin yığılması baş verir. Bu da liftinq effektini yaratmaq deməkdir. 

Body Tite” liposaksiya proseduru - Dəriyə kiçik bir dəlik vasitəsilə daxil olmaqla, bədənin istənilən sahəsində piy toxumalarını əritmək və dərinin dartılmasını təmin etmək mümkündür. Bu zaman əməliyyat müdaxiləsinin gözlə görünən, nəzərə çarpan izləri olmur. “Body Tİte” radiotezlikli liposaksiyası zamanı bir seansa 8 litrə yaxın piy toxumasını əritmək olur. Piylər əridilərək sorulur, və içəridəki kiçik qanaxmalar dayandırılır (Beləliklə qanaxma və göyərmələr azalır) və ötürülən radiotezlik dalğaları ilə dəri dartılır.  Nəticədə sanki, ütülənmiş kimi görünən düz və sıx bir səth əldə edilir.

Body Tite” yüksək təhlükəsizliyi və az travmatikliyi ilə tam fərqlənir. Piy yığınlarının aradan qaldırılması zamanı güclü qanaxma riski yoxdur. Nəticə tez bir zamanda nəzərə çarpır və uzun illər qalıcı olur."

Estetik-Cərrah Səkinə Xudiyeva - Mob: +99470/773358868 / instagram: sakina_dr

AZİNFORM.AZ sizə prosedur zamanı çəkilən şəkil və videoları təqdim edir:

Bənzər yazılar

0.022557973861694