İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov vəzifəsindən azad edilib.
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ötən gün mediada Ucar rayonu Alpout kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovla bağlı qeyri-etik videogörüntülər yayımlanıb:
“Məsələ ilə bağlı araşdırma aparılıb və sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad edilib”.
Xatırladaq ki, bir neçə ildir, ayrı-ayrı mütəşəkkil dəstə üzvləri "Facebook" sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, "Facebook Messenger" və "WhatsApp" tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.
Bununla bağlı hüquq-mühafizə organları bir neçə dəfə büyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər. Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir.