Zelenski Rusiya ilə bağlı tapşırıqlar verdi

 03-08-2023

Prezident Zelenski Rusiya ilə əlaqələr və münasibətlərdə normalizasiya yolları arayışı ilə bağlı tapşırıqlar verib. Ona görə də liderlər arasında görüşlər mümkün qədər qısa müddətdə əlaqələr qurulmasına xidmət edəcək qayda və prensiplər formalaşdırılması üçün çalışmalar həyata keçirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə səfirlərinə müraciət edərək onlara Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzərində işləməyi tapşırıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ukrayna lideri diplomatların qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya qarşı başqa bir silah növüdür: “Fərqli tərəfdaşların sanksiya siyasətinin sürəti fərqlidir. Kimsə liderdir, kimsə təəssüf ki, tərəddüd edir, bir az geri qalır. Təəssüf ki, Rusiyaya sanksiyalardan yan keçməyə, əslində isə torpağımızda terroru davam etdirməyə kömək edən ölkələr var”.

O qeyd edib ki, azad dünya ölkələrində müdafiə sənayesi üçün kritik komponentlər və ikili təyinatlı məhsullar istehsal edən şirkətlər var. Bütün bu mallar sanksiyalara baxmayaraq, müxtəlif yollarla Rusiyaya çatır.

Bənzər yazılar

0.38822984695435