Mingəçevir Dövlət Universiteti (MDU) cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Lider-Line” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 674,47 AZN-dir.
“Lider-Line” MMC 20 aprel 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlara nəzər saldıqda məlum olur ki, “Lider-Line” MMC əsasən Mingəçevirin yerli qurumlarının keçirdiyi tenderlərin qalib olur.