“Evrascon” şirkəti borc içində batır – Abid Şərifov işçilərinə maaş verə bilmir

 28-07-2023

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyli sayda işçisi maaşsız qalıb.

Qaynarinfo.az-ın məlumatına görə, şirkətdə müəmmalı səbəblərdən yaşanan broclanma ASC-nin fəaliyyətinə ciddi təsir göstərib.

Bir vaxtlar ölkənin “tender kralı” adını alan “Evrascon” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hazırda 1 milyon 054 min 609 manat 80 qəpik vergi borcu var.

Şirkətin işçisi Rüstəmov Mahir Müseyib oğlu da əmək mübahisələrinə görə ASC-ni məhkəməyə verib. İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq.

“Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manat və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

“Evrascon” ASC-nin səhmlərinin çoxu baş nazirin sabiq müavini Abid Şərifova məxsusdur. Abid Şərifovun vəzifədən gedişi şirkətin “inkişafına” ciddi təsir də göstərib.

Bənzər yazılar

2.0699691772461