Millətlər Liqası: Skandinaviya derbisini Norveç QAZANDI- VİDEO

 12-06-2022

Bu gün UEFA Millətlər Liqasında IV turun ilk doqquz matçı keçirilir.

MillətinSəsi.info xəbər verir ki, qarşılaşmalardan bəziləri artıq başa çatıb.

B Liqasının 4-cü qrupunda lider Norveç qonşusu İsveçi qəbul edib. Skandinaviya derbisində sevinən tərəf Norveç olub - 3:2. Komandanın ən bahalı oyunçusu Erlinq Holand dublla yadda qalıb.

Gürcüstan isə öncəki üç oyundakı qalibiyyətin davamını gətirə bilməyib. Qonşumuz evdə Bolqarıstanla qolsuz bərabərə qalıb. Eyni qrupda çıxış edən Şimali Makedoniya Cəbəllütariqə futbol dərsi keçib - 4:0.

UEFA Millətlər Liqası
IV tur
B Liqası

4-cü qrup
Norveç – İsveç 3:2

C Liqası

2-ci qrup
Şimali İrlandiya – Kipr 2:2

4-cü qrup

Şimali Makedoniya – Cəbəllütariq 4:0

Gürcüstan – Bolqarıstan 0:0

Bənzər yazılar

0.48800992965698