“Ferrari” komandasının daha bir pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
21-ci dövrədə sürücünün bolidində problem aşkarlanıb və avtomobil tüstüləyib.
“Formula-1” üzrə Azərbaycan Qran-prisindən kənarda qalan ilk pilot bəlli olub.
Milletinsesi.info xəbər verir ki, Karlos Sayns mübarizəni erkən dayandırıb.
“Ferrari”nin pilotu doqquzuncu dövrədə yanlış döngəyə girib ki, bu da onun yarışı erkən bitirməsinə səbəb olub.
Bu səbəbdən ispaniyalı boksa yollanıb.
Bundan əlavə, “Uilyams” pilotu Nikolas Latifi startda səhvə yol verdiyi üçün 10 saniləyik cərimə ilə üzləşib.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Milletinsesi.info xəbər verir ki, tədbir əsas yarışdan əvvəl gerçəkləşib.
“Lumineux” vokal-xor ansamblı və “SOS Uşaq Kəndləri Azərbaycan”nın uşaqları Dövlət Himnini səsləndirib.
Daha sonra “Formula-1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.
Qalib 51 dövrənin yekunundan sonra bəlli olacaq.
“Ferrari”nin sürücüsü Şarl Lekler dünən sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.
“Red Bull” pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerdə mübarizəyə start verib.
Qeyd edək ki, “Formula-1” yarışı altıncı dəfə Azərbaycanda təşkil olunur.
Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”də çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Həmilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub.
2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə baş tutmayıb.