Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.
MillətinSəsi.info Lent.az-a istinadən xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.
O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bundan başqa, tibb xidməti polkovniki Azad Abdullayevə verilən ittihamlar məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.