Hikmət Hacıyev: "Azərbaycanla Türkiyə birgə səylərlə bu konsepiyasını inkişaf etdirirlər"

 11-03-2022

“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada müharibənin dayandırılması və sülhün təmin edilməsi istiqamətində səylər davam etdirilir”.

MillətinSəsi.info-nun məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi səfərdən də danışıb.

“İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik zəminində inkişaf edən əlaqələrin müxtəlif aspektlərini nəzərdən keçiriblər.

Bu xüsusda Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılıb. Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycanla Türkiyə birgə səylərlə bu konsepiyasını inkişaf etdirirlər. Burada İğdır-Naxçıvan yolunun çəkilməsi məsələsi də dayanır”, - deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi bildirib ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Avropaya qaz ixracının artırılmasını da müzakirə ediblər: “Eyni zamanda dövlət başçıları hərbi-texniki əməkdaşlığı da müzakirə ediblər. Azərbaycan ordusunda müxtəlif modernləşmə işləri aparılır və bu, Türkiyə ilə əlaqələndirilmiş şəkildə baş verir. Dövlət başçıları Ukrayna məsələsini də müzakirə edib”, - deyə Hikmət Hacıyev bildirib.

Bənzər yazılar

0.46554398536682