Amnistiya aktı 86 Vətən müharibəsi iştirakçısına şamil edilib

 11-03-2022

“Amnistiya aktı tətbiq edilən şəxslərdən 86-sı Vətən müharibəsi iştirakçısı olub”.

MillətinSəsi.info-nun məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov bildirib. 

Onun sözlərinə görə, iki il ərzində Penitensiar Xidmət yanında xüsusi komissiya tərəfindən 3560 məhkumla bağlı məhkəmələrə müraciət edilib: “Onlar vaxtından əvvəl cəzadan azad olunublar”.

O qeyd edib ki, Amnistiya aktı ilə 1 200 məhkum pul cəriməsindən azad olunub: “Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat təşkil edir. 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə 05.11.2021-ci il tarixli əmrlə  həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb”.

Onun sözlərinə görə, ötən müddətdə 15 belə şikayət daxil olmuş, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilmişdir (cəmi 19 məhkum barəsində).  Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib:

“Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 6-sı zərərçəkmiş şəxslərin şikayətləri, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olub, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb (məhkumlar barəsində mərhələləli şəkildə tədbirlərin görülməsi və həmin şəxslərin amnisitiya aktının tətbiqindən sonra cəzası azalsa da, 1 ildən çox həbsdə qalacağı nəzərə alınıb).

Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb”.

Nazirlik rəsmisi indiyədək Amnistiya aktı və Əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərin sayını açıqlayıb: “1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv sərəncamı ilə 3 100-dən çox məhkum bağışlanıb”.

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov bildirib ki, Amnistiya aktı 735 qadına şamil olunub. O bildirib ki, Amnistiya aktının tətbiq edildiyi qadınlardan 45-i yetkinlik yaşına çatmayan şəxslərdir: “491 nəfəri 60 yaşına çatmış şəxslər olub”.

 

Bənzər yazılar

0.21794080734253