Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkət barəsində qərar çıxarıldı

 04-07-2023

Bakı Kommersiya Məhkəməsində "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-yə qarşı iddası üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədirliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "GBR Trade" şirkətinin iddiası rədd edilib.

Qeyd edək ki, "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırladaq ki, 10.12.2015-ci il tarixində dövlət qeydiyyatına alınan “Gilan Vegetables” MMC-nin də “Gilan Holdinq”ə məxsus olduğu bildirilir. Həm “Gilan Vegetables” MMC, həm də “Gilan Holdinq” MMC eyni hüquqi ünvanda – Yasamal rayonu Nərimanov pr, ev 206-da qeydiyyata alınıb.

Mətbuatda “Gilan Holdinq” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu barədə məlumatlar yayılıb.

Bənzər yazılar

0.19807195663452