Hafiz Hacıyev Nəcməddin Sadıkovu NİYƏ DÖYÜB?!

 04-06-2022

“Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o, dələduzun biridir”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın “Canlı debat” verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

O, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, general-polkovnik N.Sadıqovu çoxdan tanıdığını və illər öncə onunla aralarında bir insidentin yarandığını deyib: “ Elçibəy hakimiyyəti dövründə, Kəlbəcər əldən gedən ərəfədə Xanlar rayonunda qərargah yaradılmışdı. O vaxt onun vəzifəsi aşağı idi. Mən də o vaxt nazir kimi o qərargahda üzv idim. Pənah Hüseyn, digərləri bunu bilir. Mən orda Nəcməddin Sadıkovun hərəkətlərinə dözə bilməyib, onu döydüm. Çaykəndin yuxarı hissəsində, Toğana deyilən yerdə vurdum onu. Mən dedim ki, “sən bizim əsgərləri niyə döyürsən. Görürsən ki, bunun ayağının içi yaşdır, üzü qırxılmayıb, əziyyət çəkir. Gecəsi-gündüzü yoxdur. Sən bunu döyməklə nə demək istəyirsən?”

H.Hacıyev daha sonra N.Sadıkovun həbsi ilə bağlı tələbini də səsləndirib və onu əsaslandırıb. Videonun geniş versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

Bənzər yazılar

0.20477390289307