Ləğv prosesində olan “AtaBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Ətriyyat Qalereyası” MMC arasında kredit müqaviləsi üzrə mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, bank məhkəməyə müraciət etsə də, iddiası təmin edilməyib. Bu baxımdan, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.
“ATABank” ASC mərhum nazir Fazil Məmmədovun bankı kimi tanınır. Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.