Amerikalı supermodel və iş qadını Emili Ratakovski gülünc geyiminə görə internetdə məsxərəyə qoyulub.
Paparasilər 30 yaşlı məşhuru Nyu-York küçələrində yasəmən rəngli uzun ətəkdə və çəhrayı-narıncı rəngli krop-topda çəkiblər. Onun görünüşünü idman ayaqqabısı tamamlayıb.
Qeyd olunur ki, model bu geyimdə Manhettendə yerləşən ofisində işgüzar görüşə gedib.
Pərəstişkarları Ratakovskinin görünüşündən heyrətlənib və onu ələ salıblar.
“Qəribə geyim”, “Diqqəti daha necə cəlb edəcəyini bilmir, buna görə də radikal yola əl atır”, “Son vaxtlar onu Culiya Foksdan ayırmaq çətindir”, “O, normal stilist tutmalıdır”, - deyə istifadəçilər irad bildiriblər.
Mənbə: Daily Mail