Suçiçəyi peyvəndi vurduranlara meymunçiçəyi kimi xəstəliklər TƏHLÜKƏLİ DEYİL

 03-06-2022

“1980-ci ildən əvvəl doğulmuş bütün insanlar üçün meymunçiçəyi virusu təhlükəli deyil”. Bu sözləri gürcüstanlı mütəxəssis, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

“Əminliklə deyə bilərik ki, 1980-ci ildən əvvəl doğulmuş şəxslər meymunçiçəyi xəstəliyindən qorunur. Onlar bu virusa qarşı suçiçəyi peyvəndi ilə peyvənd olunublar”, - deyə o press-konfransda açıqlayıb.

O, qeyd edib ki, Gürcüstanda hələ də meymunçiçəyi xəstəliyi aşkar edilməyib. Yaxın vaxtlarda Gürcüstanda meymunçiçəyi üçün testlər tətbiq ediləcək: “Son iki həftə ərzində vurğulanan iki problem - uşaqlar arasında mənşəyi naməlum hepatit C və yeniyetmələr arasında meymunçiçəyinin yayılması mütləq müvafiq laboratoriya təsdiqini tələb edir”.

Mütəxəssislər bu xəstəlikdən xüsusilə təsirlənə biləcək insanlar kateqoriyasını ayırırlar - bunlar hamilə qadınlar, xərçəng xəstələri, həmçinin 8 yaşdan kiçik uşaqlardır.

Mənbə: Sputnik Gürcüstan

Bənzər yazılar

0.20802092552185