Polşa Millətlər Liqasına qələbə ilə başladı

 01-06-2022

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start verilib.

Birinci turun ilk oyun günündə cəmi bir qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib.

Bərabər mübarizə şəraitində keçən matçın yekununda ev sahibi sevinən tərəf olub - 2:1.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

Bənzər yazılar

0.55511784553528