Volodimir Zelenski Vladirmir Putinin təhdidlərə əl atmasının səbəbini açıqlayıb

 03-06-2023

Rusiya lideri Vladirmir Putin həyatını itirməkdən qorxan insan kimi davrandığından təhdidlərə əl atır.

Milletinsesi.info ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” a müsahibəsində deyib.

O deyib ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. 

Volodimir Zelenski Rusiya Prezidentini zəif adam hesab edir.

“O, həyatını itirməkdən qorxur. Dünyanın gücündən qorxmalıdır. O, gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının, bu insanların çevrəsinin təcrid olunmasından gedirsə, onda biz bunu etməliyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Milletinsesi.info

Bənzər yazılar

0.44049310684204