Britaniya müdafiə naziri: "NATO Rusiyaya görə genişlənir"

 03-06-2023

NATO-nun genişlənməsinə səbəb Rusiya Federasiyasının Ukraynadakı fəaliyyətidir. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Sinqapurda Şanqri-La təhlükəsizlik konfransında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Ben Uollesin sözlərinə görə, Moskvanın siyasəti Qərbi "Avro-Atlantik təhlükəsizliyin arxitekturasına yenidən baxmağa” məcbur edib və daha çox ölkəni NATO-nun himayəsi altında kollektiv təhlükəsizliyi təmin etməyə sövq edib.

Eyni zamanda, nazir etiraf edib ki, mövcud beynəlxalq hüquq sistemi Moskvanın iştirakı ilə formalaşıb. "BMT Nizamnaməsini özündə birləşdirən sistem bizim Rusiya ilə birlikdə İkinci Dünya Müharibəsindən sonra yaratdığımız sistemdir. Bu, hamımızın birlikdə mübarizə apardığımız sistemdir”, - Uolles əlavə edib.

Bundan əvvəl "o, Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcəyini bildirib. Uolles NATO və Aİ-ni Kiyev kimi namizədlərə həddən artıq söz verməməyə çağırıb", - Washington Post onun sözlərindən sitat gətirir.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, alyans Ukraynanın daxil olmasını real hesab edir.

Eyni zamanda, Ukrayna lideri Vladimir Zelenski Ukraynanın münaqişə bitənə qədər NATO üzvü olmayacağını etiraf edib, lakin bu gün alyansa dəvət şəklində tərəfdaşların dəstəyini arzuladığını vurğulayıb.

Bənzər yazılar

0.4843111038208