"Vaqner" rus generallarını və məmurlarını hədəfə aldı -Yevgeni Priqojindən şok

 03-06-2023

“Rusiyada 10 min general var. Onlardan ancaq 200-nü saxlamaq lazımdı. Qalanalarına gülləkeçirməz jiletlər geydirib Ukrayna ilə sərhədə - ön cəbhəyə yollamaq lazımdır”. 

Milletinsesi.info ” xəbər verir ki, bunu “Vaqner” döyüşçülərinin rəhbəri Yevgeni Priqojin deyib.

“Əgər generallar ölməyə başalayacaqsa, bu o demək deyil ki, müharibə cəbhəsində vəziyyət pisdir. Bu o deməkdir ki, onlar hara lazımdırsa, ora da gedirlər”, - o qeyd edib.

Yevgeni Priqojin eyni zamanda məmur və vəzifəlilərin də döyüşə getməsini təklif edib.

“Onların hamısını hərbçi etmək lazımdır. Cəbhə bölgəsində ən yüksək hərbi rütbə polkovnik olmalıdır. Yaxşı döyüşməyənlərlə isə müharibənin və hərbi əməliyyatların qaydalarına uyğun hərəkət edilməlidir. Bunun üçün də ölüm hökmünü bərpa etmək lazımdır”, - “Vaqner” rəhbəri qeyd edib.

Onun sözlərinə görə, məmurun iki seçimi olmalıdır: “Ya müharibə, ya da güllələnmək”.

Yevgeni Priqojin həmçinin polis və digər güc strukturlarının da yarısının müharibəyə getməsini təklif edib.

Milletinsesi.info

Bənzər yazılar

0.36861681938171