Sabiq baş həkimə bu təhsil müəssisələrində iş verildi

 03-06-2023

Yeniyetmə ilə bağlı açıqlama verdikdən sonra işdən çıxarılan sabiq baş həkim Ağahəsən Rəsulov pedaqoji fəaliyyətə başlayıb. 

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının sabiq baş həkimi, Əməkdar həkim, professor Ağahəsən Rəsulov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) fəaliyyətə başlayıb. 

O, eyni işi Azərbaycan Tibb Universitetində də davam etdirir. 

Ağahəsən Rəsulov məlumatı özü saytımıza təsdiqləyib.

Xatırladaq ki, Ağahəsən Rəsulov bu ilin aprel ayında xəstəxanaya yerləşdirilən yeniyetmə M.H. ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, həmçinin ruhi xəstəxanaya salmağın düzgün olmadığını bildirmişdi. Həkim xəstəxananın yeniyetməni buraxmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini açıqlamışdı. 

Professor açıqlamasından iki gün sonra səhiyyə naziri Teymur Musayevin əmri ilə vəzifəsindən uzaqlaşdırılmışdı.

Bənzər yazılar

0.45012092590332