ABŞ-da işsizlik səviyyəsi artıb - HESABAT

 03-06-2023

ABŞ-da işsizlik səviyyəsi artıb.

Milletinsesi.info  "Vaşinton Post"a istinadla xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin may ayı üzrə məşğulluq hesabatında yer alıb.

Belə ki, ABŞ-da əkinçilikdən kənar məşğulluq may ayında 339 min nəfər artıb.

Nəticədə  işsizlik nisbəti 0.3% artaraq 3.4%-dən 3.7%-ə yüksəlib.

Nazirlik işsiz əhalinin sayının 180 min nəfər artacağını gözləsə də, artım 440 min nəfər təşkil edib.

Təsərrüfatdan kənar məşğulluq üzrə mart və aprel məlumatları da yenidən nəzərdən keçirilib. Müvafiq olaraq, kənd təsərrüfatı xaricində işsizlərin sayı mart da 165 mindən 217 minə, apreldə isə 253 mindən 294 minə yüksəlib.

Qeyd olunub ki, bu artım 2022-ci ilin oktyabrından bəri ən yüksək həddə çatıb. 

 

 

 

Bənzər yazılar

1.279091835022