Hindistanda qatarın toqquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşıb, 1000-ə yaxın yaralı var.
Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb, 900-dən artıq yaralanan var.
“Milletinsesi.info ” xəbər verir ki, qatarlar cümə günü Balasore şəhəri yaxınlığında toqquşub. Dəmir yolu orqanlarının yenilənmiş məlumatlarına görə, Kəlkütədən Çennaya gedən sərnişin qatarının 10-12 vaqonu yük qatarı ilə toqquşaraq relsdən çıxıb və əks yola düşüb. Bir müddətdən sonra daha bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha üç-dörd vaqon relsdən çıxıb.
Milli Fəlakətlərə Yardım Qüvvələrinin yüzdən çox üzvü və dövlət quurmlarının işçiləri xilasetmə əməliyyatında iştirak edir. Çoxlu sərnişin aşmış vaqonların altında qalıb.
Milletinsesi.info
Qatar qəzasında ölənlərin sayı 288-ə çatıb
03-06-2023
