İtkin düşən məktəbli tapıldı

 02-06-2023

Bir neçə gün öncə itkin düşən Cəlilabad sakini tapılıb.

Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

Bənzər yazılar

0.48101401329041