Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI

 02-06-2023

Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın “G FLOU” klubu və “Neftçi” komandası olacaq.

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı “Tut Bağında” keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bənzər yazılar

0.48427796363831