Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

 02-06-2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Milletinsesi.info xəbər verir ki, qurum güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin çoxmərtəbəli binaların, iri gövdəli ağacların, təhülkə yarada biləcək hasarların yanında durmağı məsləhət görmür.

Gürsululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Bunlar nəzərə alınaraq əhalinin çayın hövzəsindən kənarda durmağı məsləhət görülür.

Qeyd edək ki, iyunun 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək.

Bənzər yazılar

0.53307104110718