İordaniya vəliəhdinin toyu: Bayden ailəsi də qatıldı 

 02-06-2023

İordaniyada kral II Abdullahın böyük oğlu vəliəhd Hüseyn və Səudiyyə Ərəbistanından olan gəlin Racva Əl Seyfin toyu olub.

Milletinsesi.info ” xəbər verir ki, toy günü ölkədə rəsmi tətil elan edilib və mərasimdə ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cil Bayden və qızı Eşli Bayden də iştirak edib. 

Tədbir paytaxt Əmmandakı Zəhran sarayında keçirilib.

Şahid qismində toyda kral II Abdullah, həmçinin şahzadə Həsən bin Talal və gəlinin atası iştirak ediblər.

Bildirilib ki, toy mərasimindən sonra bəylə gəlin toy karvanının müşayiəti ilə paytaxtın qərbində yerləşən Hüseyniyyə sarayına gedəcəklər.

İordaniya Kral Məhkəməsindən verilən yazılı açıqlamada Kral II Abdullahın Səudiyyə Ərəbistanının gəlini Racva Əl Seyfə şahzadə titulu verdiyi bildirilib.

Kral və Kraliçanın Hüseyniyyə Sarayında dövlət rəhbərləri, varisləri və müxtəlif ölkələrdən gələn qonaqların iştirakı ilə təxminən 1700 nəfərlik ziyafət, ardınca rəsmi şam yeməyi təşkil edəcəyi gözlənilir.

Kral II Abdullahın 29, 18, 27 və 23 yaşında 4 övladı var.

Şahzadə Hüseyn bin Abdullah Konstitusiyanın 28-ci maddəsinin birinci bəndində qeyd olunduğu kimi İordaniya taxtının qanuni varisidir.

Vəliəhd Hüseynin toy mərasiminə Böyük Britaniyanın Yaxın Şərqi, Şimali Afrika və Cənubi Afrika, Asiya üzrə dövlət naziri Tarık Əhməd, Malayziya kralı Sultan Abdulla Şah, Hollandiya kralı Villem Aleksandr, İraq Prezidenti Əbdüllətif Rəşid, Livanın baş naziri Nəcib Mikati, Küveytin vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah və çoxlu qonaqlar iştirak edib.

Milletinsesi.info

 

Bənzər yazılar

0.36943507194519