İyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 20 ölkə lideri və 45 ölkə naziri qatılacaq.
“Milletinsesi.info ” xəbər verir ki, andiçmə mərasimində türk dövlətləri geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər ölkələrdən də liderlər səviyyəsində iştirak edəcək.
Andiçmə mərasiminə NATO-nun baş katibi Yens Stoltenberqin də iştirakı gözlənilir.
Şənbə günü keçiriləcək mərasimdə Prezident Ərdoğanın Anıtkabir ziyarətindən sonra atlı qoşunlarla birlikdə Beştəpəyə getməsi planlaşdırılır.
İnauqurasiya mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq və o görüşdən sonra sonra BƏƏ əmiri İstanbulda keçiriləcək Çempionlar Liqasının finalını izləyəcək.
Milletinsesi.info