Nazirliklə danışmışam, onlar deyir ki... - Deputat Elman Nəsirov əlillik məsələsini qaldırdı

 31-05-2023

"Əlilliyin qiymətləndirilməsi ilə bağlı çox müzakirələr gedir. Seçicilərimizdən də daha çox bu istiqamətdə müraciətlər daxil olur".

Milletinsesi.info ” xəbər verir ki, bunu parlamentin bu gün keçiirlən iclasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması nəticəsində problemlər ortaya çıxır: "Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmışam. Onlar bildirirlər ki, xəstəxanalardan daxil olan məlumatlar əsasında Nazirlər Kabinetinin müvafiq sənədlərinə əsasən qərar verirlər. Bu səbəbdən tibb müəssisələrində bu məsələyə diqqət yetirilməsini istəyirəm".

Milletinsesi.info

Bənzər yazılar

0.49448800086975