Yekunlaşan dərs ilində niyə tibbi arayış tələb olunur? - VİDEO

 30-05-2023

Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olunur.

Xezerxeber.az xəbər verir ki, 1-ci sinifdən 11-ci sinfə qədər gözlənilmədən tələb edilən bu arayış poliklinikalarda sıxlığın yaranmasına səbəb olub.

Paytaxtın Nizami rayonunda yerləşən 17 saylı poliklinikada olan valideynlərin sözlərinə görə, tibbi arayışın alınması üçün tələb onlara məktəblərdən bildirilib.

17 saylı polikilinikanın ikinci şöbəsinin müdiri Sevda Quliyeva isə qeyd edib ki, məktəblərdə tibbi arayış tələbi TƏBİB tərəfindən qoyulub.

Bu müayinələr “Uşaqların icbari dispanserizasiyası” haqqında qanununun tələblərinə uyğun olaraq təbib-in tabeliyindəki müalicə-profilaktika müəssisələrində həyata keçirilir.

Onun sözlərinə görə, icbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar:

“Arayışların verilməsi isə ödənişsizdir”.

Elm və Təhsil Nazirliyindən isə məsələ ilə bağlı bildirilib ki, məktəblərə tibbi arayışın verilməsi ilə bağlı tapşırıq verilməyib.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.47090911865234