Solovyovun qızı müharibəyə qarşı çıxdı

 29-05-2023

Rusiyalı aparıcı, Kremlin qızğın təbliğatçısı Vladimir Solovyovun qızı Yekaterina Solovyova Ukraynaya qarşı aparılan müharibəyə qarşı çıxıb.

Axar.az xəbər verir ki, Yekaterina bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edib.

“Qızılgül qırmızıdır, bənövşə göydür, müharibə isə ağrı, vəhşilik və ölümdür. İnsanlar yaşayır, öz işləri ilə məşğul olur, bir-birilərini sevir, nəsə haqqında arzulayırlar. Daha sonra evləri atılan mərmilərlə dağılır və son saniyələrdə bir-birini qucaqlamaqdan başqa çarələri qalmır. Bir onu bilirəm ki, incəsənət kölgə ilə mübarizəyə kömək edir. Bizim, xüsusilə də mənim bütün konsertimiz hər zaman müharibə əleyhinə olub, olacaq da”, - Solovyova bildirib.

Bənzər yazılar

0.44065618515015