Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışıb

 29-05-2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Putin Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə telefonla təbrik edib.

Liderlər yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

 

 

Bənzər yazılar

0.41960287094116