İtaliyada turistləri daşıyan qayıq batdı: 4 nəfər ölüb

 29-05-2023
İtaliyanın şimalındakı Laqo Maggiore gölündə ad günü qeyd edən turistləri daşıyan qayıq ötən gecə fırtınaya düşərək batıb.
 
Milletinsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, içərisində azı 25 nəfərin olduğu qayığın batması nəticəsində 4 nəfər ölüb.
 
İngiltərə, İtaliya və İsrail vətəndaşlarından ibarət olan qayıq batdıqdan sonra gölə düşən turistlərin bəziləri üzərək sahilə çıxa bilib.
 
Məlumata görə, 19 nəfər xilas edilib, axtarış-xilasetmə helikopterlərinin köməyi ilə itkin düşənlərin axtarışları davam edilir.
 
Günay

Bənzər yazılar

0.41906213760376