Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib

 29-05-2023

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib. 

Milletinsesi.info xəbər verir ki, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

1.2016620635986