Fransa bu halda tviterdən istifadəni qadağan edəcək

 29-05-2023

Tviter qaydaları pozduğu təqdirdə Fransada qadağan ediləcək.

Milletinsesi.info “HaberTürk”ə istinadla xəbər verir ki, bu sözləri Fransanın Rəqəmsallaşdırma və Telekommunikasiya naziri Jan-Noel Barrot deyib.

“Tviter dezinformasiya ilə mübarizə üçün Avropa İttifaqının (AB) hazırladığı məcburi olmayan tətbiq qaydalarından çıxmamalıdır. Bu sosial şəbəkə ictimai müzakirələrdə mühüm rol oynayır, lakin biz dezinformasiya tərəfdarlarının bizim ictimai müzakirələrimizə və demokratiyamıza təsir etməsinə icazə verə bilmərik”.

Həmçinin fransalı nazir “ChatGPT” kimi süni intellekt proqramları üçün Avropada qanuni tənzimləmələr çərçivəsində istifadəsini məhdudlaşdıran çərçivənin müəyyən edilməsinin zəruriliyinə diqqət çəkib.

"Bu cür texnologiyalar sərt sanksiyalara məruz qalaraq tamamilə istisna edilməməlidir. Süni intellekt modelləri özümüzü geridə qoymamalı olduğumuz çılğın rəqabət mövzusudur. Avropa süni intellekt proqramlarına sərmayə qoymalıdır.”

Günay

Bənzər yazılar

0.37630105018616