Tunisdə 2 fransız turist ölüb

 29-05-2023

Tunisin cənubunda səhra bölgəsindəki Tauzar şəhərində 2 tək mühərrikli yüngül təyyarə qəzaya uğrayıb.

Milletinsesi.info “HaberGlobal”a istinadla xəbər verir ki, bu barədə Tunis Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Qəza nəticəsində təyyarələrdən biri tamamilə yanıb. Fransız turistlərdən 2-si ölüb, 2-si isə yaralanıb.

Yaralılar Tauzar dövlət xəstəxanasına aparılıb.

Qəzanın səbəbləri araşdırılır.

Günay

Bənzər yazılar

0.39476013183594