Ukrayna Hərbi Hava Qüvvələri: Rusiya 37 raket və 35 PUA ilə hücum etdi

 29-05-2023

Rusiya 37 raket və 35 PUA ilə Ukraynaya qarşı raket hücumları həyata keçirib.

Milletinsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri hadisənin mayın 29-u yerli vaxtla saat 06.00 radələrində baş verdiyini bildirib.

Hücumda istifadə edilən raketlər “X-101” və “X-555” tiplidir, PUA-lar isə İran istehsalı “Şahed”lərdir. 

Hərbi Hava Qüvvələri 67 hava hücumunun qarşısı alındığını, raket və PUA-ların havada məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, bu hücum indiyədək Rusiyanın Ukraynaya qarşı ən böyük PUA hücumudur.

Günay

Bənzər yazılar

0.58942198753357