İqtisad Universitetində milyonluq təmir - Müqavilə imzalandı

 29-05-2023

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) təmir işləri ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Milletinsesi.info ” xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC olub.

Qalib təşkilatla 1 092,656 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Koneks Construction” MMC 27.11.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev 39, m. 202-dir.


Milletinsesi.info

 

Bənzər yazılar

0.47638201713562