Bu ölkənin Ərdoğana təbriki gündəm oldu: səhvən "Beşiktaş" azarkeşini təbrik etdi

 29-05-2023

Polşa Prezidenti Andjey Duda “Beşiktaş” azarkeşini "prezident seçilməsi" münasibəti ilə təbrik edib.

Milletinsesi.info ” xəbər verir ki, o, tviter səhifəsində Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Lakin o, təbriki Türkiyə liderinə yollamaq əvəzinə, “Beşiktaş” azarkeşinin hesabını qeyd  edib. 

“Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirəm. Bu il biz Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini və Polşa və Türkiyə Cümhuriyyətləri arasında Dostluq Müqaviləsi imzalanmasının 100 illiyini qeyd edirik. Biz regional təhlükəsizliyin təmin edilməsi, NATO-nun inkişafı və Avropada sülhün təmin edilməsində əməkdaşlığa hazırıq”, - deyə Duda yazıb.

Daha sonra təbriklər silinib və səhifədə Türkiyə liderinin hesabına düzgün keçid olan yeni yazı paylaşılıb.

Tviter istifadəçiləri Polşa Prezidentinin dərci altındakı şərhlərdə Dudanın səhvinə lağ ediblər.

Andjey Dudanın Ərdoğana yolladığı təbrik məktubu hardasa 40 dəqiqəyə yaxın futbol azarkeşinin hesabında görünüb.


Milletinsesi.info

Bənzər yazılar

0.39705991744995