Buzovnada çimərlik yenidən hasarlandı - VİDEO

 29-05-2023

Xəzər rayonu Buzovna qəsəbəsində Zuğulba adlanan ərazidə çimərlik hasarlanıb.

Milletinsesi.info ” xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Hasarlama işlərinin bir neçə gün öncə gecə saatlarında aparıldığı deyilir. Bildirilir ki, burada özəl çimərlik yaradılacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Buzovnada dəniz sahili ərazidə qanunsuz tikilən hasarların söküntüsü işləri aparılmışdı.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Könül
Milletinsesi.info  

 

Bənzər yazılar

0.43840599060059