Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının tender "OYUNU": Yeni yaradılmış şirkət tenderin qalibi oldu

 29-05-2023

Salyan Rayonlararası Psixiatriya Xəstəxanası dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı kotirovka sorğusu keçirib.

Milletinsesi.info ” xəbər verir ki, sorğunun qalibi “Sapfiron Trade” MMC olub.

Qalib təşkilatla 28,200 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Sapfiron Trade” MMC 05.01.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14-dür.\

Onu da bildirək ki, bir müddət öncə də, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün ayrılmış 48326.9 manat vəsaitə heç də yüksək keyfiyyətli mal alınmayıb. «Ağaşir Müəssisəsi» MMC-dən alınan bərk inventarlar da eyniyyət təşkil edib və onların aşağı keyfiyyətdə olduğu vurğulanır. Amma bunun üçün də 48333 manat vəsait xərcləndiyi sənədləşdirilib. 

Qeyd edək ki, sözügedən xəstəxananın baş həkimi camaşırların yuyulması üçün ayrılmış 6000 manatı öz malı kimi xərcləyib. Bu gün orada yatan xəstələrə isə elə köhnə və çirkin içində olan yataq dəstləri verilir. 

Xəstəxanada həyata keçirilmiş cari təmir işlərinə ayrılmış 15 min manatın da məqsədli şəkildə ayrıldığı qeyd edilir. Ona görə ki, sözügedən tibb ocağı bir il bundan əvvəl əsaslı təmirdən çıxıb.

İdarənin cari xərcləri üçün 8000 manat, dəftərxana ləvazimatlarının alınmasına isə 11 min manatın xərcləndiyi rəsmiləşdirilsə də, həmin pulların baş həkimin qazancı olduğu vurğulanır. 

Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında ruhi xəstələrə verilən çörəyin də qiyməti xeyli şişirdilib. Məlumata görə, xəstəxanaya çörək məhsullarının alınması üçün 12265 manat ayrılıb. Lakin sənədləşmədə bir ədəd çörəyin qiyməti 70 qəpik göstərilib. 

Elə ərzaq məhsullarının alınması da 192 min manat ayrıldığı vurğulansa da, ilboyu bu pulun yarısının belə xərclənmədiyi deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Könül
Milletinsesi.info

 

Bənzər yazılar

0.38469290733337