Tanınmış futbolçu atdan yıxılaraq başından xəsarət alıb

 29-05-2023

Fransanın PSJ klubunun futbolçusu Serxio Riko atdan yıxılaraq başından xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə qapıçının İspaniyada istirahətdə olduğu vaxt baş verib.

30 yaşlı qolkiper helikopterlə Sevilya xəstəxanasına aparılıb. Kəllə-beyin travması diaqnozu qoyulan Rikonun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Serxio Riko 2019-cu ildən PSJ-nin formasını geyinir.

Bənzər yazılar

0.40576004981995