100 yaşlı qadın ABŞ hakimiyyətinə hələ yaşadığını SÜBUT ETMƏYƏ ÇALIŞIR

 31-05-2022

ABŞ-ın Florida ştatından olan 100 yaşlı Betti Eşli gözlənilməz problemlə üzləşib. Belə ki, federal İnsan Resursları Departamenti ona pensiya ödənişlərini etməkdən boyun qaçırıb.

Qadın quruma müraciət etdikdə ondan hələ ölmədiyini sübut etməsi istənilib. Ashl Eşli səlahiyyətlilərə notarial qaydada təsdiq edilmiş sənədi göndərsə də, onları razı sala bilməyib. Təqdim olunan sənədlər ödənişləri bərpa etmək üçün kifayət etməyib.

Qeyd edək ki, uzunömürlü qadın iyun ayında 101 yaşını qeyd etməyə hazırlaşır.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.18413305282593