“Qazprom Export” Niderlandın mavi yanacaq operatoru “GasTerra” şirkətinə xəbərdarlıq göndərib.
Rusiya şirkətindən bildirilib ki, qarşı tərəf aprel ayı üzrə ödəniş etməyib.
Bu səbəbdə də, mayın 31-də Niderland şirkətinə qaz tədarükünün dayandırılacağı qeyd olunub.
Xatırladaq ki, “GasTerra” mavi yanacağa görə ödənişləri rublla həyata keçirməkdən imtina edib və tədarükün dayandırılmasının ölkədəki ev təsərrüfatlarına təsir etməyəcəyini bəyan edib.
Mənbə: TASS