Snoop Dogg builki konsertlərini LƏĞV ETDİ

 31-05-2022

Snoop Dogg kimi tanınan amerikalı reper Kelvin Brodus 2022-ci ildə ABŞ hüdudlarından kənarda keçiriləcək bütün konsertlərini ləğv edib.

“Gözlənilməz planlaşdırma problemləri, o cümlədən ailə öhdəlikləri, həmçinin televiziya və film istehsalı səbəbindən Snoop Dogg 2022-ci ilin sonuna qədər planlaşdırılan bütün çıxışlarını ləğv etməkdən təəssüflənir”, - deyə sənətçinin sosial media hesabında bildirilib.

Qeyd edək ki, reperin çıxışları 2014-cü ildən bəri ilk olan “I Wanna Thank Me Tour” turunun bir hissəsi kimi keçirilməli idi. İfaçı bir sıra Avropa ölkələrinə - Böyük Britaniya, İrlandiya, Almaniya, Danimarka, Belçika, Fransa, Niderland və Finlandiyaya səfər etməyi planlaşdırırdı.

Mənbə: “RİA Novosti”

Bənzər yazılar

0.2077009677887