“2022-ci ildə keçirilən sertifikasiya imtahanından keçə bilməyən 505 müəllim öz ərizəsi ilə təlimlərdə iştirak etməyib”.
Milletinsesi.info-ın məlumatına görə, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
O qeyd edib ki, ötən il sertifikasiya imtahanında iştirak edən 2803 nəfər uğursuz nəticə göstəriblər:
“Həmin müəllimlərlə təlimlərə start verilib. Bu təlimlər ibtidai sinif üzrə Azərbaycan dili və riyaziyyat fənni üzrə olub və ixtisasartırma təlimi formasında olub.
Üç ayda davam edən təlimlərdə 2180 nəfər iştirak edib. 505 müəllim ərizə yazaraq təlimlərdən imtina edib. 32 müəllim isə ya işdən çıxıb, ya vəfat etməsi səbəbindən təlimlərdən kənarda qalıb”.