Nazir müavini İdris İsayev: “Məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır”

 16-05-2023

"Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir: 

“Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır”.

Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: 

“Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir”.

Bənzər yazılar

0.38370704650879