.backend

Gədəbəydə avtomobil qəzası olub, ölən var

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Zəhmət kəndində qeydə alınıb.

Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb.

Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalara başlanılıb.






0.68589305877686