.backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.

Xatırladaq ki, R.T.Ərdoğan bir neçə gün öncə Vətən müharibəsinin bir illiyi ərəfəsində Azərbaycana səfər edəcəyini açıqlamışdı. 

Bir neçə gün qabaq Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcəyini bildirmişdi.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib və sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.

 






6.3794519901276