.backend

Nəşi tapılan şəhid İxtiyar Əliyev Goranboy rayonunda dəfn olunacaq

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb. Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Bundan başqa, Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

Milletinsesi.info-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin!






0.86668682098389